ABŞ dövlət katibi Entoni Blinken Luis Bononun Qafqaz danışıqları üzrə yeni baş müşavir təyin edildiyini elan edib.
“Bu gün mən Luis Bononun Qafqaz danışıqları üzrə yeni baş müşavirimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizə kömək edəcək”, - deyə Blinken “Twitter”də yazıb.
Qafqaz danışıqları üzrə baş müşavir postu bu ilin yanvar ayının əvvəlində Filip Rikerin fəaliyyət müddəti başa çatdıqdan sonra boş qalmışdı. F.Riker bu vəzifəyə 2022-ci ilin avqust ayında təyin edilmişdi.*
R.Kərimov