ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman 1-4 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
“Laura Loxman hökumət rəsmiləri ilə görüşlər keçirmək və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IX iclasında (fevralın 3-də - İF) iştirak etmək üçün 1-4 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq”, - deyə məlumatda bildirilib.
Səfər çərçivəsində Loxman, həmçinin Azərbaycanın enerji layihələrinə ABŞ-ın dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Bakının mühüm rolunu müzakirə edəcək.*
Xəbərlər şöbəsi