Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8735 manat/1EUR səviyyəsində (fevralın 1-nə 1.8473 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0244 manat/1RUB (1 fevral - 0.0242 manat/1RUB) səviyyəsində müəyyən edib.
Fevralın 2-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0903 manat/1TRY (1 fevral - 0.0904 manat/1TRY) müəyyən edilib. **
B.Rüstəmbəyov