Fevralın ikinci ongünlüyündə Budapeştdə AzərbaycanRespublikası Hökumətivə MacarıstanHökumətiarasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Birgə Komissiyanın növbəti iclasının keçirilməsi fevralın ikinci ongünlüyündə Budapeştdə planlaşdırılır. İclasda, ənənəvi olaraq, ölkələr arasında iqtisadi faliyyətin genişləndirilməsi, Azərbaycan və Macarıstan liderləri arasında əldə olunan razılaşmaların reallaşdırılması məsələləri müzakirə olunacaq”, - mənb bildirib.
AzərbaycanRespublikası Hökumətivə MacarıstanHökumətiarasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası 2022-ci ilin fevral ayında Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyartodur. **
R.Əhmədov