Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı ilə görüş zamanı Vaşinqton ilə Bakı arasında enerji təhlükəsizllyi, ticarət və investisiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər.
ABŞ-ın Bakıdakı səfirliyin məlumatında qeyd olunur ki, prezident Əliyev Loxmanı qəbul edib və “onlar ABŞ ilə Azərbaycan arasında enerji təhlükəsizilyi məsələləri, ticarət və regional qarşılıqlı əlaqə səviyyəsini artırmaq məqsədilə iinvestiosiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər”.
Xəbər verildiyi kimi, Loxman 1-4 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər zamanı Loxman hökumət rəsmiləri ilə görüşlər keçirəcək və fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IX iclasında iştirak edəcək. **
R.Kərimov