Azərbaycan və Moldova sənaye, investisiya, ticarət və aqrar sahələrində qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük imkanlara malikdir.
Bu barədə cümə axşamı Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşü zamanı qeyd olunub.
“Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər”, - İqtisadiyyat Nazirliyindən məlumat verilir. **
B.Rüstəmbəyov