Enerji üzrə Avropa komissarı Kadri Simson Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təchizatının təminatında Cənub Qaz Dəhlizinin (CQD) rolunu qeyd edir.
Cümə axşamı o qeyd edib ki, fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak məqsədilə Bakıya səfərə yola düşür.
“Bakıya yola düşmüşəm, burada “Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu iclasında həmsədrlik edəcəyəm.
Geriyə nəzər salaraq, bu layihənin (CQD - İF) enerji böhranı zamanı Aİ-yə necə kömək etdiyini görmək və əməkdaşlığımızın növbəti addımlarını düşünmək üçün gözəl fürsətdir", - Simson Twitter hesabında yazıb. **
R.Kərimov