Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinuməlumat verib ki, 2023-cü ilin oktyabr ayında Kşineu şəhərində AzərbaycanRespublikası iləMoldovaRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgəhökumətlərarasıkomissiyanın növbəti iclası keçiriləcək.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, hazırda Spinu Bakıdadır və Azərbaycan hökumətinin üzvləri ilə bir sıra görüşlər keçirir.
“Bu gün, Azərbaycan tərəfindən hökumətlərarası komissiyanın həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdüm. 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq haqqında protokolun reallaşdırılmasının gedişini müzakirə etdik. O cümlədən, 2023-cü ilin oktyabr ayında Kişineuda birgəhökumətlərarasıkomissiyanın növbəti iclasının təşkilinə dair razllığa gəldik”, - Spinu sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşərək ikitərəfli iqtisadi münasibətləri müzakirə edib.
Bundan əlavə, Spinu KOBİA-nın rəhbəri Orxan Məmmədovla danışıqlar aparıb.
AzərbaycanRespublikası iləMoldovaRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgəhökumətlərarasıkomissiyanın 4-cü iclası 2022-ci ilin oktaybr ayında Bakıda keçirilib. **
R.Əhmədov