ABŞ-ın ATƏT yanındakı daimi nümayəndəsi Maykl Karpenter İran hökumətini Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu araşdırmağa və təqsirli olanları cəzalandırmağa çağırıb.
“Biz İran hakimiyyətini hücumu (Azərbaycanın Tehrandakı səfirliyinə - İF) araşdırma aparmağa və təqsirli olanları məsuliyyətə cəlb etməyə çağırırıq”, - Karpenter cümə axşamı Vyanada ATƏT-in Daimi Şurasının iclasında bildirib. Bu barədə ATƏT-dəki ABŞ missiyası məlumat verir.
Karpenter əlavə edib ki, son aylar ərzində bir sıra digər ölkələrdə də Azərbaycanın diplomatik missiyaları təhlükəsizliyin təminatı problemləri ilə üzləşib.
Bu mənda ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi ABŞ tərəfindən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini dəstəklədiyini bir daha bəyan edib və 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi üzrə qəbul edən tərəfin məsuliyyəti barədə xatırladıb. **
R.Kərimov