Azərbaycanda koronavirus infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,018 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 39 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10092 nəfərə çatıb.
Virusa yoluxmuş 817,739 min nəfər (sutka ərzində +41) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 187 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834 (ötən gün 1 849 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 491,233 min test aparılıb.**
X.Nəsirzadə