Rusiya Cənubi Qafqazda nəqliyyatvə iqtisadi əlaqələrin açılmasının tərəfdarıdır. Bu barədə RF-nin baş naziri Mixail Mişustin bəyan edib.
«Biz ənənəvi olaraq Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıyıq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdikləri razılaşmaların icrasını təmin etməyi vacib hesab edirik», - Rusiyanın baş naziri bildirib.
Mişustin qeyd edib ki, “yeni nəqliyyat, infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarıba cavab verir”. **