Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 31 yanvar – 1 fevral tarixlərində Niderland Krallığına işgüzar səfəri baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Səfər çərçivəsində Məmmədov Niderland Xarici İşlər Nazirliyinin Siyasi məsələlər üzrə baş direktor müavini Erika Sxouten ilə görüşüb.
“Görüş zamanı tərəflər bu il üçün planlaşdırılan siyasi məsləhətləşmələrin növbəti mərhələsinin yaxın vaxtlarda Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər”, - məlumatda vurğulanır.
Həmçinin, diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Məmmədov Laçın yolu ilə bağlı vəziyyət haqqında Sxoutenə məlumat verib. Azərbaycan-Ermənistan normallaşma prosesi və Avropa İttifaqının buradakı rolu ətrafında fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə