Rumıniya prezidenti Klaus Yohannis Azərbaycan qazının alışına dair yeni sazişin imlanmasının anonsunu verib.
“Azərbaycan yanvar ayından etibarən (2023-cü ilin - İF) Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək”, - Yohannis cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının Rumıniyaya nəql TAP qaz kəməri ilə həyata keçiriləcək.
Xəbər verildiyi kimi, dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanıb. İmzalanmış qısamüddətli spot müqavilə 2025-cü il yanvarın 1-dən aprelin 1-dək SOCAR trəfindən 300 milyon kubmetrədək tədarükü nəzərdə tutur. Gündəlik tədarükün həcmi 4,2 milyon kubmetrədək təşkil edəcək. **
R.Əhmədov