Rumıniya prezidenti Klaus Yohannis Azərbaycanla iqtisadi əməkdaşlıq üçün prioritet saahələri qeyd edib.
“Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq”, - Yohannis cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Həmçinin, prezident rəqəmsallaşma sahəsində Layihələri xüsusi qeyd edib. “Rəqəmsallaşma layihələri də bizim üçün maraq kəsb edir. Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Biz bunu (məsələni - İF) cənab prezidentlə (Əliyevlə - İF) Buxarestdə (17 dekabr 2022-ci ildə - İF) də müzakirə etmişik”, - Rumıniya prezidenti əlavə edib. **
R.Əhmədov