Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8517 manat/1EUR səviyyəsində (fevralın 2-nə 1.8735 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0242 manat/1RUB səviyyəsində (fevralın 2-nə 0.0244 manat/1RUB) müəyyən edib.
Fevralın 3-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0903 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov