Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank mikro, aqro, kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir. 20 ildir bizneslərin inkişafına töhfə verən bank həm də gənc sahibkarlar nəslinin formalaşmasına yardım edir. Təkcə 2022-ci ildə AccessBank 18-30 yaş aralığında olan 4 minədək sahibkara ümumilikdə 45 milyondan çox biznes krediti ayırıb.
Biznes dəstəyi ilə yanaşı AccessBank gənclərə həm də karyera imkanları yaradır. Bank mütəmadi olaraq Bankirlər, Riteyl Bankirlər və KOB (SME) Məktəbi layihələrini, həmçinin təcrübə proqramlarını reallaşdırır. Layihələrin əsas məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir. Hazırda AccessBank əməkdaşlarının təqribən 40%-ni məhz gənc kadrlar (18-30 yaş aralığı) təşkil edir.