Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şərqi Zəngəzur iqtisadi rayonunda kənd bazarının yaradılması ilə bağlı təşkilati iş və xidmətlərin satın alınmasına 217,5 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Agah Group” MMC ilə 217,571 min manat məbləğində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov