Azərbaycan hökuməti 2024-cü ildə ölkədə ümumi gücü 710 MVt olan iki günəş elektrik stansiyası və bir külək elektrik stansiyasının tikintisi layihələrinin başa çatacağına ümid edir. Bunu Prezident İlham Əliyev deyib.
Dövlət başçısı fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bildirib ki, söhbət 230 MVt və 240 MVt gücündə günəş elektrik stansiyalarının və 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi layihələrindən gedir.
“Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə (710 MVt - İF) bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək”, - deyə o əlavə edib.*
R.Kərimov