Bakı və Brüssel Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və yaşıl enerjinin ötürülməsi üçün fəaliyyəti intensivləşdirməyi razılaşdırıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
P.Şahbazov fevralın 3-də Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
“Enerji məsələləri üzrə komissar Kadri Simsonla görüşdə Aİ ilə dialoq və dəstək çərçivəsində CQD-nin genişləndirilməsi və yaşıl enerjinin ötürülməsi üçün fəaliyyətimizi intensivləşdirməyi razılaşdırdıq”, - deyə nazir “Twitter”də yazıb.
Öz növbəsində, Simson “Twitter” hesabında yazıb ki, Şahbazovla Aİ və Azərbaycan arasında enerji sahəsində gələcək addımları müzakirə edib. “5 il ərzində CQD-nin genişləndirilməsi ildə 20 milyard kubmetr qaz ixrac etməyə (Avropaya) imkan verəcək”, - deyə o vurğulayıb.*
R.Əhmədov