Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar ayında valyuta hərraclarında $188,5 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF 2022-ci ilin yanvar ayında $727 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, xarici valyuta satışının həcmi 3,8 dəfə azalıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon (2021-ci ilin göstəricisi ilə müqayisədə azalma 30%) satıb.*
A.Əzizov