Bakı və Buxarest arasında enerji sahəsində əməkdaşlıq enerji resurslarının tədarükünü şaxələndirmək niyyətində olan Kişineunun xeyrinədir. Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu belə hesab edir.
“Biz ölkəmiz üçün enerji mənbələrinin şaxələndirilməsi yolu ilə gedəcəyik. Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın genişləndiyini görməyə şadam. Şübhəsiz ki, belə tərəfdaşlıq Moldovanın xeyrinədir!”, - deyə o, bu gün Facebook səhifəsində yazıb.
A.Spınu fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edib.*
R.Kərimov