Azərbaycanda koronavirus infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,042 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 35 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10094 nəfər təşkil edir.
Virusa yoluxmuş 817,76 min nəfər (sutka ərzində +21) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 188 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1982 (ötən gün 1834 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 493,215 min test aparılıb.*
X.Nəsirzadə