2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”, - deyə nazir “Twitter”də yazıb.
Azərbaycan 2021-ci ildə Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib. Beləliklə, 2022-ci ildə ixracın həcmi 2,1 dəfə artıb.*
R.Əhmədov