Azərbaycan və Monteneqro arasında “Hava əlaqələri haqqında” saziş imzalanıb.
Sənədi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Bakıda səfərdə olan Monteneqronun kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıblar.
“Bu saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək”, - deyə R.Nəbiyev “Twitter” hesabında yazıb.*
V.Əliyev