Azərbaycanda koronavirus infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 064-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 24 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 95 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 792 nəfər (sutka ərzində +32) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 177 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 485 (ötən gün 1 min 982 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 494 min 700 test aparılıb.*
V.Əliyev