Azərbaycanda koronavirus infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 082-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 22 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 1 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 96 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 811 nəfər (sutka ərzində +19) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 175 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 340 (ötən gün 1 min 485 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 496 min 040 test aparılıb.*
V.Əliyev