Azərbaycan Xarici İşlər Nazirliyi Afyonkarahisar vilayətində avtobusun qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə nazirliyin “Twitter” gesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda bildirilir.
Fevralın 5-də Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb.*
V.Əliyev