Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8352 manat/1EUR səviyyəsində (fevralın 3-nə 1.8517 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0236 manat/1RUB səviyyəsində (fevralın 3-nə 0.0242 manat/1RUB) müəyyən edib.
Fevralın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0903 manat/1TRY səviyyəsində saxlanılıb.**
B.Rüstəmbəyov