Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyəyə 400 nəfərə yaxın çevik xilasetmə qüvvələri göndərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi FHN-ə istinadən məlumat verir.
Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin Türkiyəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Xəbər veriildiyi kimi, bazar ertəsi Bakı vaxtı ilə 05:17-də Türkiyənin cənub-şərqində Suriya ilə sərhədin yaxınlığında 7,6 bal günücndə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Qaziantep şəhərindən 33 km şimal-qərbdə yerləşir.
Associated Press agentliyi yerli rəsmilərdən mənbələrə istinadən məlumat verir ki, Türkiyənin cənubunda baş vermis güclü zəlzələ nəticəsində həlak olanların artmaqda davam edir, ən azı 100 nəfər həlak olub. **
X.Nəsirzadə