Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkar Mevlut Çavuşoğluya zəng vurub. Bu barədə Azərbaycan XİN məlumat verir.
“Bayramov qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb”, - məlumatda qeyd olunur.
Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin Türkiyəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Xəbər veriildiyi kimi, bazar ertəsi Bakı vaxtı ilə 05:17-də Türkiyənin cənub-şərqində Suriya ilə sərhədin yaxınlığında 7,6 bal günücndə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Qaziantep şəhərindən 33 km şimal-qərbdə yerləşir.
Türkiyənin cənubunda baş vermis güclü zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir, ən azı 119 nəfər həlak olub, 300 nəfərdən artıq şəxs yaralanıb. **
X.Nəsirzadə