2023-c il yanvarın yekunlarına əsasən, Azərbaycandan qeyri-neft ixracı $284,53 milyon təşkil edib, bu da 2022-ci ilin analoji dövrünün göstəricisjndən 22,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaqş. **
X.Nəsirzadə