Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş vermiş zəlzələdən sonra ölkəmizin Türkiyədəki səfirliyində (Ankara) və İstanbul və Qars şəhərlərindəki Baş KonsulluqlarındaOperativ Qərargahlarınyaradılması barədə məlumat verib.
“6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş KonsulluqlarındaOperativ Qərargahlaryaradılıb”, - XİN-in məlumatında deyilir.
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları ilə əlaqə saxlayır.
“Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır”, - XİN-dən vurğulanır.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının+905355776168vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur. Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri+905366138648, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri+905527801418, +905075893011.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə 7,8 bal gücündə zəlzələ baş verib, nəticədə ən azı 284 nəfər həlak olub. **
R.Kərimov