Martın 6-da “AzeSteelCompany” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.
“İnterfaks-Azərbaycan”a ASC-dən məlumat verilib ki, səhmdarlar aşağıdakı məsələləri müzakirə etməlidirlər: səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalının artırılması; istiqrazların yeni emissiyası barədə qərarın qəbulu; 2022-ci il ərzində maliyyə hesabatının təsdiq edilməsi; Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkiblərinin təsdiq edilməsi; digər məsələlər.
“AzeSteelCompany” armatura və metaldan məmulatların istehsalı ilə məşğul olur.
Cəmiyyətin səhmdarları 3 fiziki şəxs: Cəmaləddin İsmayılov (72,96%), Kənan Ağayev (7,04%), Ömər Hüseynov (10%) və bir hüquqi şəxsdir – “AzFinance” İnvestisiya Şirkəti” QSC (10%).
30 iyun 2022-ci il tarixinə şirkətin nizamnamə kapitalı 8 milyon 354,9 min manata, aktivləri – 16 milyon 515,417 min manata, öhdəlikləri – 7 milyon 121,16 min manata bərabərdir.
Şirkət 2022-ci ilin birinci yarısını 437,216 min manat məbləğində xalis mənfəətlə başa vurub. **
R.Əhmədov