Türkiyənin Ceyhandakı neft terminalında əməliyyatlar bazar ertəsi səhər saatlarında yaxınlıqda baş verən güclü zəlzələdən sonra dayandırılıb. Bu barədə Reuters agentliyi Tribeca gəmiçilik agentliyinə istinadən məlumat verir.
Agentliyin məlumatına əsasən, bu məsələ ilə əlaqədar təcili müşavirə keçiriləcək.
Xüsusilə, Tribeca agentliyinin məlumatında deyilir ki, zəlzələ Türkiyənin cənub-şərqində limanlara ziyan vurub, onların fəaliyyətində gecikmələr barədə məlumat verilir.
Eyni zamanda, Reuters Türkiyənin boru kəməri operatoru BOTAS-a istinadən məlumat verir ki, magistral boru kəmərləri zədələnməyib.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə 7,8 bal gücündə zəlzələ baş verib, nəticədə, ən azı 912 nəfər həlak olub. **
N.Abbasova