Son məlumatlara əsasən, bazar ertəsi gecə saatlarında Türkiyənin cənubunda baş verən zəlzələnin qurbanlarının say 1014 nəfərə çatıb. Bu barədə Anadolu agentliyi yerli hökumətə istinadən məlumat verir.
Daha əvvəl Türkiyədə məlumat veriblər ki, 912 nəfər ölüb, 5,4 mindən çox şəxs yaralanıb.
Suriyada bu zəlzələnin qurbanlarının sayı 592 nəfərə çatıb. Orada 1 mindən artıq şəxs yaralanıb.
Türkiyə və Suriyada güclü zəlzələ və sonrakı afterşoklar bir neçə vilayətdə çox sayda binaların dağılmasına səbəb oldu. Livan, İordaniya və İsrail sakinləri yeraltı təkanlarıhiss ediblər. Daha sonra Türkiyədə günorta saatlarında daha bir güclü zəlzələ baş verdiyi barədə məlumat verilib. Yeni dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur. **