Azərbaycanda koronavirus infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 085-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 18 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 10 min 96 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 816 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 173 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 619 (ötən gün 1 min 340 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 496 min 659 test aparılıb.**
X.Nəsirzadə