Türkiyənin cənub-şərqində güclü zəlzələ nəticəsində Suriya və Türkiyədə 2 minə yaxın şəxs həlak olub. Bu barədə bazar ertəsi EFE agentliyi məlumat verir.
Son məlumatlara əsasən, Türkiyədə ən azı min nəfər həlak olub, daha 5 min nəfər yaralanıb. Suriya ərazisində daha 785 nəfər həlak olub.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, artıq 45-ə yaxın ölkə dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün zəruri yardım təklif edib.
“Bu, 1939-cu ildə Ərzincanda baş vermiş zəlzədən etibarən ən güclü zəlzələdir. Son qiymətləndirmələrə əsasən, zəlzələnin gücü 7,7 bal təşkil edib. Suriyanın qonşu regionlarına da böyük ziyan dəyib”, - Ərdoğan bildirib.
Zərərçəkmiş bölgələrdə işləri şaxtalı hava və qar yağışı çətinləşdirir. **