Rusiyanın Azərbaycanla dövlət sərhədində “Yaraq-Kazmalyar” avtomobil keçid məntəqəsində yeddi hərəkət zolağı istifadəyə verilib. Bu barədə Dağıstan başçısı administrasiyasının Teleqram kanalında məlumat verilir.
Qeyd olunur ki, bu, buraxılış qabiliyyətini gündəlik 700 nəqliyyat vasitəsi artırmağa imkan verib. Dağıstan Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyindən «İnterfaks»a dəqiqləşdiriblər ki, genişləndirmə keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsi çərçivəsində həyata keçirilib.
Eyni zamanda, Dağıstan başçısı administrasiyası məlumat verir ki, Azərbaycanla sərhəddə “Tahirkənd-Kazmalyar” keçid məntəqəsi vasitəsilə hərəkət açıqdır. Burada gündəlik 400 nəqliyyat vasitəsi hərəkət edə bilər. Xəbər verildiyi kimi, öncə koronavirus infeksiyasının yayılmasının qarşısnı almaq məqsədilə hərəkət dayandırılmışdı.
O cümlədən, məlumatda qeyd edilir ki, Novo-Filya keçid məntəqəsi (həmçinin Azərbaycanla sərhəddə) fasiləsiz iş rejiminə keçib, bu da həmin məntəqə vasitəsilə gündəlik əlavə 200 nəqliyyat vasitəsinin keçidinə imkan yaradır.
«Yaraq-Kazmalyar» məntəqəsinin yenidən qurulması onun fəaliyyətini dayandırmadan aparılır. Avtonəqliyyat vasitələrinin buraxılış məntəqəsində toplanmasının azaldılması və onun buraxılış qabiliyyətinin artırılması məqsədilə fasiləsiz boş yük maşınlarının Novo-Filya-Şirvanovka keçid məntəqələrindən keçidi təşkil olunub", - “İnterfaks"a nazirlikdən bildirilib.
Xəbər verildiyi kimi, Dağıstanda Rusiyanın Azərbaycanla dövlət sərhədində «Yaraq-Kazmalyar» keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsinin 2022-ci ilin sonuna qədər başa çatdırmaq planlaşdırılırdı. **