Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan güclü zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar ölkədə bir həftəlik matəm elan edib
“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar yeddigünlük milli matəm elan edilib”, - Türkiyə mətbuatı Ərdoğanın bəyanatından sitat gətirir.
“Bayrağımız 2023-cü il fevralın 12-də, bazar günü gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - o əlavə edib.
Anadolu agentliyi məlumat verir ki, Türkiyədə baş vermis zəlzələ nəticəsində 1,6 min nəfərdən artıq şəxs həlak olub, 11 mindən çoxu yaralanıb. **