Azərbaycan Müdafiə Nazirliyi zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə bir qrup hərbi tibb personalının Türkiyəyə yola düşməsi ilə bağlı məlumat yayıb.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb. İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək”, - deyə məlumatda bildirilir.
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələdə 3 min nəfərə yaxın insan həlak olub.*
R.Kərimov