“Azərenerji” ASC 330 kV-luq “Qobu Elektrik Stansiyası - Ələt AİZ Yarımstansiyası” və 330 kV-luq “Cənub Elektrik Stansiyası - Ələt AİZ Yarımstansiyası” elektrik verilişi xətlərinin tikintisi işlərinin satın alınması üzrə açıq tender elan edir.
Hər bir tenderdə iştirak haqqı 2 min manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyaların, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə təcrübəyə malik olmasına dair təsdiqedici sənədlər; yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 30 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər; iddiaçı şirkətin analoji işlərə uyğun elektrik stansiyaların, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işləri üzrə ən azı 3 oxşar layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər; iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər.
Hər iki tender üzrə təkliflər 29 mart saat 15:00-dək qəbul olunur. İddiaçıların tender təklifləri 30 mart saat 15:00-da açılacaq.
Hər bir tender üzrə işlərin dəyəri $3 milyonu ötür.
Əlaqələndirici şəxs: Araz Məmmədov, telefon: (+99412) 490-09-27, 598-05-56;araz.mammadzada@azerenerji.gov.az*
N.Abbasova