“Azərenerji” ASC Şamaxı rayonu, Meysəri kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlərin satın alınması üzrə açıq tender elan edir.
Cəmiyyətin elanına əsasən, tenderdə iştirak haqqı 850 manatdır.
Tender təklifləri 29 mart saat 15:00-dək qəbul olunur. Təklif zərfləri 30 mart saat 15:00-da açılacaq.
Tender üzrə işlərin dəyəri $3 milyonu ötür.
Əlaqələndirici şəxs: Namiq Heybətov, telefon: 440-39-93 (daxili 92-19).*
N.Abbasova