Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ABŞ-ın alyansdakı daimi təmsilçisi Culianna Smitlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Tərəflər NATO-Azərbaycan tərəfdaşlığı, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Laçın yolundakı vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar”, - deyə Hüseynzadə “Twitter” hesabında yazıb.
O, həmçinin bildirib ki, Smitlə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu müzakirə edib. “Biz yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını müzakirə etdik. Baş vermiş hadisə ilə əlaqədar ABŞ rəsmilərinin Azərbaycana qeyd-şərtsiz və çevik dəstəyini alqışladım”, – deyə o qeyd edib.*
R.Kərimov