Prezident İlham Əliyev fevralın 7-də dörd ölkənin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Dövlət başçısının saytında verilən məlumata görə, Konqo Respublikasının səfiri David Maduka, Namibiya Respublikasının səfiri Klemens Xanduukeme Kaşuupulva, Laos Xalq Demokratik Respublikasının səfiri Vilavan İyapohe və Vyetnam Sosialist Respublikasının səfiri Danq Min Xoy etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.*
X.Nəsirzadə