İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə regionun iqtisadi potensialını müzakirə edib.
“Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bu gün sosial şəbəkə hesabında yazıb.
M.Cabbarov, eləcə də İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan bir sıra təşkilatların rəhbərləri Naxçıvanda səfərdədir.*
R.Kərimov