Türkiyə ilə münasibətlərin normallaşması prosesi ləng templə getsə də, müsbət nəticələr var. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Müəyyən irəliləyiş var. Fikrimizcə, proses bir qədər ləng templə gedir, eyni zamanda, müsbət irəliləyişlər var”, - deyə o, bu gün Berlində almaniyalı həmkarı Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb ki, bu da növbəti müsbət addımdır. Biz ümid edirik ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək”, - deyə o qeyd edib.*