Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828,106 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 96 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 848 nəfər (sutka ərzində +32) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 162 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 185 (ötən gün 619 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 498 min 844 test aparılıb.*
B.Rüstəmbəyov