Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
“Paşinyan dağıdıcı zəlzələdə çoxsaylı insan tələfatı ilə əlaqədar Ərdoğana və Türkiyə xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. O bildirib ki, fəlakət zonasına gedəcək xilasediciləri daşıyan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Ərdoğan dəstəyə görə Paşinyana təşəkkür edib. O qeyd edib ki, Türkiyə hökuməti Ermənistanın dəstəyini yüksək qiymətləndirir. Türkiyə lideri iki ölkə arasında dialoqun daha da dərinləşməsi kontekstində bu addımın vacibliyini vurğulayıb.*