Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan bəyan edib ki, İrəvan və Bakı sülh sazişi ilə bağlı danışıqlar prosesində bəzi məsələlər üzrə mövqelərini yaxınlaşdıra biliblər.
"Təxminən 10-15 gün əvvəl biz növbəti təkliflərimizə Azərbaycanın növbəti cavabını almışıq. Məzmunu açıqlamayacağam, çünki söhbət detallardan gedir və siyasi baxımdan bunu etmək məqsədəuyğun deyil", - Mirzoyan çərşənbə günü İrəvanda Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radmanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesi zamanı tərəflərin mövqeləri ya yaxınlaşır, ya da dəyişməz olaraq qalır.
«Bəzi məsələlərə dair mövqelərimizi yaxınlaşdıra bilmişik», - Ermənistanın xarici işlər naziri qeyd edib.
O bəyan edib ki, İrəvan hazırda Azərbaycan tərəfinin göndərdiyi cavabı müzakirə edir. "Bu göstərir ki, danışıqlar prosesi yerində dayanmır. Müzakirələr başa çatdıqdan sonra Azərbaycan tərəfinə öz reaksiyamızı göndərəcəyik", - Mirzoyan bildirib. **