Azərbaycan prezidenti İlham Əliyev ölkədə minimum pensiyanın məbləğinin artırılmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
Dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən Azərbaycanda minimum pensiyanın məbləği 280 manat (əvvəl 240 manat olub) təşkil edəcək, yəni 16,7% artırılıb. **
R.Əhmədov